Qan damarlarını bərpa edən dərman bitkiləri haqqında kitab nəşr olunub

Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutunun əməkdaşlarının həmmüəllifi olduqları “Qan damarlarını bərpa edən fito maddələr və faydalı bitkilər” kitabı işıq üzü görüb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitab xalq və ənənəvi təbabətdə istifadə olunan dərman bitkilərinin köməyi ilə müxtəlif səbəblərdən tutulmuş damarların açılması yollarından bəhs edir. Nəşrdə damar tutulmalarının yaranması və inkişafı səbəbləri, xəstəliyin ənənəvi və xalq təbabəti metodları vasitəsilə müalicəsi ətraflı şəkildə şərh olunub.

Əvvəlki“Avrora” MMC-də qanvermə aksiyası keçirilib
NövbətiAzərbaycanda MMC-lərlə bağlı bir sıra yeniliklər olacaq