Türkiyə Baş Qərargah rəisi və SACEUR komandanı NATO proseslərini müzakirə ediblər

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Gülərin ​​NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin (SACEUR) baş komandanı general Todd D.Volters ilə telefon danışığı olub.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, telefon danışığı zamanı tərəflər Şimali Atlantika Alyansındakı son proseslərlə bağlı fikir mübadiləsi aparıblar.

ƏvvəlkiBu il Azərbaycana 80 min doza “Sputnik V” vaksini gətiriləcək
NövbətiOmbudsman ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunda çıxış edib