NATO-nun Baş katibi Yens Stoltenberq Azərbaycana rəsmi səfərə gəlib

NATO-nun Baş katibi Yens Stoltenberq martın 17-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının və NATO-nun bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Baş katib Yens Stoltenberqi xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşıladılar.

ƏvvəlkiAzərbaycan gimnastları Niderlandda 6 medal qazanıblar
NövbətiStoltenberq: Azərbaycanın COP29-a sədrliyi enerji təhlükəsizliyi və iqlim dəyişikiyi ilə mübarizəyə töhfə verəcək