Polşada NATO-nun genişmiqyaslı təlimləri başlayır

Polşada digər ölkələrin silahlı qüvvələrinin iştirakı ilə “Dragon-24” milli təlimləri başlayır.

AZƏRTAC xəbər verir ki, bu barədə Polşa Ordusunun Baş Qərargahı bildirib.

Təlimlərdə NATO-nun 10 ölkəsindən 20 minə yaxın hərbi qulluqçu və 3,5 min hərbi texnika, o cümlədən Polşa Silahlı Qüvvələrinin 15 minə yaxın əsgəri iştirak edəcək. Quruda, havada və dənizdə qarşılıqlı fəaliyyət və döyüş tapşırıqlarının icrası yoxlanılacaq, kiberməkanda hərbi əməliyyatların simulyasiyası aparılacaq.

ƏvvəlkiTramp Cənubi Karolina ştatında keçirilən praymerizin qalibi olub
NövbətiBakı Dövlət Universitetində “Sazlı, sözlü kəlağayı günləri” tədbiri keçirilib