NATO-nun Baş katibi Azərbaycana səfər edəcək

NATO-nun Baş katibi Yens Stoltenberq martın 17-də Azərbaycana səfər edəcək.

“Report” xəbər verir ki, o, səfər çərçivəsində rəsmi şəxslərlə görüşəcək, Azərbaycanla Şimali Atlantika Alyansı arasında əməkdaşlıq məsələlərini müzakirə edəcək.

Qeyd edək ki, daha əvvəl Y.Stoltenberq tezliklə Gürcüstana səfər etməyi planlaşdırdığını açıqlamışdı.

ƏvvəlkiBakıda “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açılıb
NövbətiBMT Baş Assambleyası islamofobiya ilə mübarizəyə dair qətnamə qəbul edib