Tailandda pirotexnika anbarında partlayış olub, 9 nəfər həlak olub

Tailandın Malayziya ilə sərhədində yerləşən Narathivat əyalətinin cənubundakı Sunqaykolok şəhərində pirotexnika anbarında güclü partlayış olub, nəticədə azı 9 nəfər ölüb, yüzdən çox insan yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “Thai PBS” telekanalı məlumat yayıb.

Hadisə nəticəsində yerli ticarət mərkəzinə, bazara və 150 evə xeyli ziyan dəyib, bəzi yaşayış binaları tamamilə dağılıb. Yanğınsöndürmə briqadaları partlayışdan sonra genişlənməyə başlayan yanğının qarşısını alıb.

Dağıntılar altında insanların qaldığı ehtimal edilir. Regional hakimiyyət orqanları tibbi, psixoloji və humanitar yardımların göstərilməsi üçün məntəqələr yerləşdirib.

ƏvvəlkiRusiya Zaporojyeyə zərbə endirib, ölənlər və yaralanan var
NövbətiCeyhun Bayramov Ermənistanın humanitar vəziyyətlə bağlı manipulyasiyası barədə BMT Baş katibini məlumatlandırıb