Rusiya Zaporojyeyə zərbə endirib, ölənlər və yaralanan var

Rusiyanın Ukraynanın Zaporojye şəhərinə raket zərbəsi nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bunu şəhər sovetinin katibi Anatoli Kurtev teleqramda bildirib.

“Düşmən raketi açıq əraziyə düşüb. Təəssüf ki, bir kişi və bir qadın ölüb. Daha bir qadın yaralanıb. Ölənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Partlayış dalğası hündürmərtəbəli binaların şüşələrini sındırıb, təhsil müəssisəsi və supermarketin binasına ziyan vurub”, – o qeyd edib.

ƏvvəlkiDaxili İşlər Nazirliyi yanında İctimai Şuraya seçkilər baş tutub
NövbətiTailandda pirotexnika anbarında partlayış olub, 9 nəfər həlak olub