Daxili İşlər Nazirliyi yanında İctimai Şuraya seçkilər baş tutub

Bu gün Daxili İşlər Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib.
Türk.az xəbər verir ki, seçkidə səs vermək üçün 460 vətəndaş cəmiyyəti institutu nümayəndəsi qeydə alınıb.

Səsvermə 29 iyun 2023-cü il tarixində saat 09:00 – 13:00 aralığında baş tutub.
Səsvermədə 382 nəfər iştirak edib
Etibarlı hesab edilən bülletenlərin sayı –  375
Etibarsız hesab edilən bülletenlərin sayı – 7

Qanunvericiliyə müvafiq olaraq tələb olunan səs  toplamış 15 namizəd İctimai Şuranın üzvü seçilib.
Seçilmiş İcitmai şüra üzvləri:

  1. Əliməmməd Nuriyev, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti
  2. Mahirə Əmirhüseynova – “XXI Əsrin Qadınları” ictimai birliyinin sədri
  3. Mətanət Cəfərova, “Əsgər Ailələrinə Dəstək” ictimai birliyinin sədri
  4. Arzuman Abdulkərimov, “Hilal” Sosial Araşdırmalar ictimai birliyinin sədri
  5. Mehriban Zeynalova, “Təmiz Dünya” Qadınlara Yardım” ictimai birliyinin sədri
  6. Vüsalə Hüseynli, “İslahatçı qadınlar və innovasiyalar” ictimai birliyinin sədri
  7. Rəfail Becanov, “İnsan Hüquqları və Maarifçilik” ictimai birliyinin sədri
  8. Sevda Məmmədova, “Sosial-İqtisadi İnkişaf  Uğrunda” ictimai birliyinin sədri
  9. Məhsəti Hüseynova, “Gənc Diplomatların Peşəkarlığının İnkişafına Dəstək” ictimai birliyinin üzvü
  10. Gülayə Səfərova, “Ailə Dünyası Ailələrə Hüquqi Yardım” ictimai birliyinin sədri
  11. Elməddin Muradov, Jurnalistika və İnkişaf Mərkəzi” ictimai birliyinin sədri
  12. İradə Nəsirova, “Mərhəmət” Kimsəsizlərə Yardım ictimai birliyinin sədri
  13. Rauf Zeyni, “Bakı Qeyri-Hökümət Təşkilatlarının Resurs və Təlim Mərkəzi ictimai birliyinin sədri
  14. Araz Nurməmmədov, “Gender Bərabərliyi” ictimai birliyinin üzvü
  15. Xalid Kazımov, “Regional İnsan Hüquqları və Media Mərkəzi” ictimai birliyinin sədri
ƏvvəlkiAzərbaycanda radioelektron vasitələrin icazəsiz quraşdırılması və istismarı qadağan edilib
NövbətiRusiya Zaporojyeyə zərbə endirib, ölənlər və yaralanan var