Baş Prokurorluq: Binəqədi rayonunda sexdə partlayış-yanğın nəticəsində ölənlərin sayı 6-ya çatıb

Paytaxtın Binəqədi rayonunun A.Kunanbayev küçəsində yerləşən sexdə baş verən partlayış-yanğın nəticəsində ölənlərin sayı 6-ya çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq məlumat verilib.

Bildirilib ki, paytaxtın Binəqədi rayonunun A.Kunanbayev küçəsi yaxınlığında yerləşən mebel sexində baş vermiş partlayışla bağlı hadisə yerində aparılan axtarış-xilasetmə işləri nəticəsində hazırkı vaxtadək 6 nəfərin meyiti dağıntılar altından aşkarlanaraq çıxarılıb.

ƏvvəlkiBakıda sexdəki partlayışda 3 nəfər ölüb, 24 nəfər xəsarət alıb, cinayət işi açılıb
NövbətiBŞTİ-nin sektor müdiri: Təhsil müəssisələrində istiliklə bağlı ciddi problemlər yaşanmır