Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 12 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 12 yoluxma faktı qeydə alınıb,18 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 792 min 457 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 min 621 nəfər müalicə olunaraq sağalıb, 9 min 707 nəfər vəfat edib. Aktiv xəstə sayı 129 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 331, bu günə qədər isə ümumilikdə 6 milyon 788 min 729 test icra olunub.

ƏvvəlkiAzərbaycanın 9 paracüdoçusu Antalya Qran-prisinə buraxılmayıb
NövbətiƏfqanıstanda məsciddə partlayış olub, çox sayda ölən və yaralanan var