Əfqanıstanda məsciddə partlayış olub, çox sayda ölən və yaralanan var

Əfqanıstanın Gündüz əyalətinin İmam Sahib rayonunda yerləşən məsciddə partlayış baş verib.

Trend-in məlumatına görə, bu barədə “Aamaj News” agentliyi xəbər yayıb.

Məsciddə partlayışın baş verməsini Əfqanıstanın müvəqqəti hökumətindəki mədəniyyət və informasiya nazirinin müavini Zabihulla Mücahid öz “Twitter” səhifəsində təsdiq edib.

Onun sözlərinə görə, partlayış nəticəsində 33 nəfər həlak olub, 43 nəfər isə xəsarət alıb.

“Bu gün günorta saatlarında Gündüz əyalətinin İmam Sahib rayonunda məsciddə partlayış baş verdiyini öyrənmək bizi kədərləndirdi. Uşaqlar da daxil olmaqla 33 nəfər həlak olub, 43 nəfər yaralanıb. Bu cinayəti pisləyir, ölənlərə rəhmət, yaralılara isə şəfa diləyirik”, – deyə Z.Mücahid bildirib.

ƏvvəlkiSon sutkada Azərbaycanda COVID-19 infeksiyasına 12 yoluxma faktı qeydə alınıb
Növbəti“Ən yaxşı qumbaraatan heyəti” adı uğrunda yarışlar keçirilib