Şabrandakı yanğın məhdudlaşdırılıb

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində Şabran rayonu, Təkyə kəndi yaxınlığında mürəkkəb relyefli ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Qeyd edək ki, yanğınla mübarizə tədbirlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Aviasiya dəstəsinin iki ədəd helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə təsərrüfatı mərkəzinin əməkdaşları və bir qrup kənd sakini cəlb olunub.

Əlavə məlumat veriləcək.

ƏvvəlkiGoranboyda taxıl sahəsi yanıb
NövbətiAzərbaycan yığması bədii gimnastika üzrə gənclər arasında dünya çempionatının bürünc medalını qazanıb