“Qarabağ” – “Bayer 04” oyununa 30 000 bilet satılıb

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda Almaniya klubu “Bayer 04”lə oyununa 30 000 bilet satılıb.

Bu barədə “Report”a Azərbaycan çempionunun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bugünkü qarşılaşma üçün bütün biletlər satılıb. Bu isə o deməkdir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı görüşdə tribunalar tam dolu olacaq.

Qeyd edək ki, “Qarabağ” – “Bayer 04” matçı saat 21:45-də başlayacaq.

ƏvvəlkiTürkiyənin XİN Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik edib
NövbətiGUAM ölkələri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik edib