Türkiyənin XİN Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik edib

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib.

AZƏRTAC xəbər verir ki, təbrik mesajı təşkilatın rəsmi media hesabında yayımlanıb.

Mesajda deyilir: “Azərbaycanlı qardaşlarımızın Dövlət Bayrağı Gününü çoşqu ilə təbrik edirik”.

Paylaşım “#TekMilletİkiDevlet” haştaqı, eləcə də Azərbaycan və Türkiyə bayraqları ilə edilib.

ƏvvəlkiDaşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısı keçirilir Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edir
Növbəti“Qarabağ” – “Bayer 04” oyununa 30 000 bilet satılıb