Antalyada kanat qəzası olub, ölən və yaralananlar var

Türkiyənin Antalya vilayətində yerləşən istirahət mərkəzlərinin birində kanat yolunda baş verən qəza nəticəsində bir nəfər ölüb, yeddi nəfər yaralanıb.

AZƏRTAC xəbər verir ki, Konyaaltı rayonunda fəaliyyət göstərən Tünüktepe kanat yolunda sərnişin kabinələrindən biri naməlum səbəbdən dirəyə dəyərək parçalanıb və qayalıq əraziyə düşüb.

Hadisə zamanı kabinədə səkkiz nəfər olub. Yaralılardan ikisinin uşaq olduğu bildirilir.

Kanat yolunun dayanması səbəbindən bir müddət asılı qalan digər kabinələrdəki turistlər təxliyə edilib.

Polis hadisə ilə bağlı araşdırma aparır.

ƏvvəlkiCənubi Qafqazda sabitliyin qorunması üçün Azərbaycanın yanındayıq
NövbətiTacikistan Prezidenti Azərbaycana səfər edəcək