Qarabağda 81,6 min hektar əkin sahəsi üzrə icarə müqavilələri bağlanılıb

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində 2023-2024-cü təsərrüfat ili üçün 81,6 min hektar əkin sahəsi üzrə qısamüddətli icarə müqavilələri bağlanılıb.

“Report” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatında bildirilib.

2022-2023-cü illərdə təsərrüfat ilində icarəyə verilmiş 68,5 min hektar əkin sahəsi üzrə icarə müqavilələrinin müddəti 2023-cü ilin noyabr ayında başa çatdığı üçün həmin müqavilələrə xitam verilib.

ƏvvəlkiAzad edilən rayonlarda ötən il minalardan təmizlənən ərazilərin həcmi açıqlanıb
NövbətiGünəşin və işıqlı həyatın rəmzi – Od çərşənbəsi