Ötən il Qarabağ iqtisadi rayonuna 7 min 851 vətəndaş səfər edib

Ötən il ərzində Qarabağ iqtisadi rayonuna 7 min 851 vətəndaşın səfəri təşkil olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov tviter hesabında bildirib.

Qeyd edilib ki, Xüsusi nümayəndəlik tərəfindən təşkil olunan səfərlərin sayı 3 min 751 nəfərdir. Onlardan 3 min 54 nəfər Ağdama, 501 nəfər Tərtərə, 122 nəfər Xocavəndə və 74 nəfər Füzuliyə səfər edib.

ƏvvəlkiTürkiyədə hotelin damının uçması nəticəsində xəsarət alanların sayı 32-ə çatıb
NövbətiAksiya iştirakçıları gecə saatlarında da fəaldırlar