Milli Məclisin nümayəndə heyəti Çex Respublikasına səfər edib

Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə parlament nümayəndə heyəti Çex Respublikasına rəsmi səfərə gedib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Çexiya parlamentində görüşlər keçirəcək, ikitərəfli və parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

ƏvvəlkiŞuşada “Türk dünyasının mədəni turizm perspektivləri” mövzusunda beynəlxalq konfrans işə başlayıb
NövbətiPrezident İlham Əliyev Dubayda Birləşmiş Ərəb Əmirliklərinin Milli Günü münasibətilə keçirilən tədbirdə iştirak edib