Türkiyənin XİN rəhbəri ABŞ-a səfər edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-a səfər edib.

AZƏRTAC xəbər verir ki, səfərlə bağlı Türkiyənin Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Bildirilib ki, Hakan Fidan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının yanvarın 23-də Nyu-Yorkda keçiriləcək iclasında iştirak edəcək. İclasda İsrail-Fələstin qarşıdurması müzakirə olunacaq.

Səfər çərçivəsində Türkiyənin XİN rəhbərinin ikitərəfli görüşlər keçirməsi gözlənilir.

ƏvvəlkiBaş Prokurorluq: Mina partlayışı nəticəsində xəsarət alması faktı üzrə araşdırma aparılır
NövbətiPolis Akademiyasına sənəd qəbulu başladı