Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub

Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən “Report”a verilən məlumata görə, yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.

Mərasimdə Dövlət Komitəsinin və Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəliyinin rəsmiləri iştirak ediblər.

Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bu mərhələdə Füzuli şəhərinə daha 25 ailə – 106 nəfər köçürülüb. Bununla da Füzuli şəhərində 308 ailə, yəni 1106 nəfərin daimi məskunlaşması təmin edilib.

ƏvvəlkiPostmüharibə dövründə imtiyazlı şəxslərə 5500 ev verilib
Növbətiİşğaldan azad edilmiş ərazilərdə ilk dəfə olaraq Azərbaycan və Özbəkistan QHT-lərinin forumu keçirilib