“Lufthansa”nın kapitanı Heydər Əliyev Aeroportuna təcili eniş sorğusu göndərib

“Lufthansa” aviaşirkətinə məxsus Münxen – Tokio reysini həyata keçirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

“Report” xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, buna səbəb təyyarədə olan sərnişinin səhhətinin qəfil pisləşməsi olub.

Airbus A350 hava gəmisi yerli vaxtla saat 19:29-da Bakı hava limanına enib.

Sərnişinə tibbi yardım göstərilib və onun Bakıdakı klinikalardan birinə yerləşdirilməsinə qərar verilib.

Təyyarə saat 21:02-də Bakıdan Tokioya yola düşüb.

ƏvvəlkiAvropa çempionatı: Azərbaycan cüdoçusu qızıl medal qazanıb
NövbətiBaş nazir Əli Əsədov Xorvatiyanın Baş naziri ilə görüşüb