Albaniya Prezidenti Bayram Beqay Azərbaycana rəsmi səfərə gəlib

Albaniya Respublikasının Prezidenti Bayram Beqay iyulun 6-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident Bayram Beqayı və xanımı Armanda Beqayı hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşıladılar.

ƏvvəlkiPrezident İlham Əliyev Fələstinin xarici işlər nazirini qəbul edib
Növbəti“Müstəmləkəçiliyin tamamilə aradan qaldırılması” mövzusunda dəyirmi masada yekun Bəyanat imzalanıb