Avropa çempionatı: Azərbaycan cüdoçusu qızıl medal qazanıb

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Fransanın Monpelye şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

“Report” xəbər verir ki, 100 kq çəki dərəcəsində mübarizə aparan 25 yaşlı idmançı həlledici görüşdə gürcüstanlı rəqibi İliya Sulamanidzeyə qalib gəlib.

Qeyd edək ki, bu, Azərbaycan cüdoçularının Avropa çempionatında qazandıqları ikinci qızıldır. Daha əvvəl Hidayət Heydərov (73 kq) fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

ƏvvəlkiTərtər rayon sakini minaya düşərək xəsarət alıb
Növbəti“Lufthansa”nın kapitanı Heydər Əliyev Aeroportuna təcili eniş sorğusu göndərib