Tərtər rayon sakini minaya düşərək xəsarət alıb

Noyabrın 5-də saat 12 radələrində Tərtər rayonu Təpəkənd kəndinin minalardan təmizlənməyən ərazisində mina partlayışı baş verməsi ilə bağlı polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayonun Seyidimli kənd sakini 1960-cı il təvəllüdlü Hüseynov Asif Novruz oğlu partlayış nəticəsində ayağından xəsarət alıb. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

“Bir daha vətəndaşları minalardan təmizlənməyən ərazilərə daxil olmamağa, tələb olunan qaydalara riayət etməyə çağırırıq”, – deyə Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.

Əvvəlki“Zəfər” festivalı çərçivəsində Uşaq Filarmoniyasında konsert keçirilib
NövbətiAvropa çempionatı: Azərbaycan cüdoçusu qızıl medal qazanıb