Almatı-Tbilisi reysi ilə uçan təyyarə tufana görə Bakıya eniş edib

“Air Astana” aviaşirkətinin Almatı-Tbilisi reysini həyata keçirən hava gəmisinin kapitanı təyinat hava limanında güclü tufan səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş sorğusu göndərib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Airbus A321” təyyarəsi yerli vaxtla saat 21:20-də Bakı Hava Limanına eniş edib.

ƏvvəlkiƏli Şükürlü Avropa birinciliyində 1 qızıl və 2 gümüş medal qazanıb
NövbətiBərdənin Qaraqoyunlu kəndində subasma ilə əlaqədar təxliyə işləri həyata keçirilib