Kommunal sahədə korrupsiyanın səbəbləri və xüsusiyyətlərinin öyrənilməsi ictimai birlik tərəfindən həyata keçirilir

“İctimai İştirakçılığın Dəstəklənməsi” İctimai Birliyi “Kommunal sahədə korrupsiyanın səbəbləri və  xüsusiyyətlərinin öyrənilməsi” layihəsini uğurla davam etdirir.

Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Layihə Siyəzən və Şabran rayonlarını əhatə edir.

Aprelin 1-də Siyəzən rayonunun Mədəniyyət Evində ikinci Dəyirmi Masa keçirildi. Tədbirə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Layihələrin idarə edilməsi üzrə meneceri Fuad Rzazadə, layihənin eksperti  kimya elmləri üzrə fəlsəfə doktoru Sadiq Həsənov və yerli hüquqşünas ekspert Quliyev İlqar , aktiv vətəndaşlar, bələdiyyə üzvləri, kommunal sahədə çalışan işçilər və rayon icra hakimyyətinin nümayəndələri iştirak edirdilər.

“Kommunal sahədə korrupsiyanın səbəbləri və  xüsusiyyətlərinin öyrənilməsi” layihəsi

Tədbiri layihə rəhbəri Şaban Nəsirov açaraq rayon icra hakimyyətinə və təşkilatçılıqda dəstək göstərən icra nümayəndəsi Məmmədov Əhməd müəllimə təşəkkürünü bildirdi. Daha sonra Şaban Nəsirov kommunal sahədə korrupsiyaya yol açan amillərdən danışıb. Əvvəlcə bildirib ki, əslində kommunal sahə işçilərinin işi ağır və məsuliyyətlidir. Hər gün onlarla obonentlə ünsiyyətdə olmaq, müxtəlif formalı şikayət və problemləri həll etmək o qədər də asan deyil. Bu sahədə korrupsiya yol açan başlıca faktor isə vətəndaşların öz hüquqlarını bilməməsidir. Məsələn, yeni mənzilə kommunal xətləri çəkdirən obonent əgər dövlət rüsumlarından xəbərdar olsalar, heç kim onlardan əlavə məbləğ tələb edə bilməz.

“Kommunal sahədə korrupsiyanın səbəbləri və  xüsusiyyətlərinin öyrənilməsi” layihəsi

Layihə rəhbəri qeyd edib ki, regionlarda hətta sakinlər sayğacların ödənişsiz qoşulmasından da xəbərsizdirlər. Hər hansı bir kommunal idarə ilə müqavilə imzalayan obonent şərtlərlə yaxından tanış olması isə vacib şərtdir.

Şaban Nəsirovun sözlərinə görə, digər tərəfdən kommunal sahədə idarəetmə mexanizimlərinin mürəkkəb olması rüşvətə və korrupsiyaya yol açır. Hökumət bu sahədə korrupsiyaya qarşı mübarizə aparmaq üçün müxtəlif tədbirlər və işlər görür. Bu mübarizənin nəticəsidir ki, son illər kommunal sahədə irələyişlər gözə çarpır. Daha sonra layihə rəhbəri Şaban Nəsirov bildirdi ki, korrupsiyaya qarşı mübarizəni gücləndirmək üçün cənab Prezident ictimai iştirakçılığın gücləndirilməsinin vacibliyini dönə-dönə qeyd edir. Həm də bu istiqamətdə əməli addımlar atır. Bütün bu addımların nəticəsidir ki, bu il dövlət qurumlarnın yanında fəaliyyət göstərən ictimai şuralar daha aktivdir. Vətəndaşların problemləri ilə daha yaxından ilgilənib, həllinə kömək göstərirlər. Həmçinin layihə rəhbəri özünün də “Azərqaz”İB yanında İctimai Şuranın üzvü olduğnu bildirdi və gördükləri işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi.

“Kommunal sahədə korrupsiyanın səbəbləri və  xüsusiyyətlərinin öyrənilməsi” layihəsi

Sonra tədbir iştirakçıları kommunal sahədə üzləşdikləri problemlərdən danışıblar. Məlum olub ki, vətəndaşı daha çox qiymətlər narahat edir. Xüsusilə təbii qazın tariflərinin yüksək olması. Belə ki, rayonlarda evlərin böyük olması qış fəslində istilik problemini aktual edir. Bu baxımdan da tədbir iştirakçıları limit məsələsinin aradan qaldırılması və qiymətin aşağı salınmasının arzuolunan olduğunu dilə gətiriblər.

Sonra söz hüquqşünas ekspert İlqar müəllimə verildi. İlqar müəllim də  kommunal sahədə olan problemlərdən danışıb. Vvurğulayıb ki, korrupsiya çox geniş mənanı əks etdirir, kommunal sahədə olan problemlər də bura daxildir. İlqar müəllimin sözlərinə görə, kommunal sahədə çalışanların öz sahəsi üzrə biliklərinin az olması, kargüzarlıq sənədlərnin zəif hazırlanması, bir çox protokolların hazırlanmasında ancaq maraqlı tərəfin nümayəndələrnin iştirak etməsinin istehlakçılar üçün ciddi  problemlər yaradır. Bu da gələcəkdə ya məhkəmə yolu ilə həll olunur ya da problemdən aslı olaraq dövlətin hər hansı qurumunda çalışan şəxs ona etibar edilərək verilmiş səlahiyyətdən şəxsi mənfəəti üçün istifadə edərək vətəndaşın problemini həll edir. İlqar müəllim vuruğuladı ki, dövlət qurumlarında, ,ən çox da kommunal sahədə işləyən şəxislərin vicdanlı və hümanist olması çox vacibdir.

“Kommunal sahədə korrupsiyanın səbəbləri və  xüsusiyyətlərinin öyrənilməsi” layihəsi

Daha sonra sonra söz alıb fikirlərini bildirən ekspert Sadiq Həsənov bildirib ki, kommunal sahədə yaşanan problemlərdə təkcə dövlət qurumlarının günahı olmur, bəzən istehlakçıların da günahı olur. İmkanı olub vaxtlı vaxtında kommunal ödənişləri etməyən vətəndaşlar heç də az deyil. Bundan başqa sayğaclara kənar müdaxilə hallarına da rast gəlmək olur.

İstehlakçıların öz hüququnu bilməməsi də korrupsiya və rüşvətə yol açan amillərdəndir. Ən azından istehlakçı öz hüquqların bilsə qapısına gələn nəzarətçiyə lazımi cavabı verməklə problemi rahatlıqla həll edə bilər. Nəzarətçilər görəndə ki, qarşısındakı müəyyən bilgiyə sahibdir, o zaman qanundan kənar müdaxilədən çəkinirlər. Sadiq Həsənov başqa dövlətlərin kommunal sahədəki fəaliyyətləri barədə də ətraflı məlumat verib, müqayisələr aparıb.  Qeyd edib ki,  bizdə bu sahədə alternativlərin olmaması vətəndaşlar üçün problemin mənbəyidir.

Daha sonra çıxış edən QHT-lərə Dövlət Dəstəyi Agentliyinin əməkdaşı Fuad Rzazadə dəvət üçün layihə rəhbərinə və yerli icra nümayəndəliyinə təşəkkürünü bildirdi. O, Agentliyin fəaliyyəti haqqında geniş məlumat verdi. Bildirdi ki, Agentliyək çalışır ki, hər zaman vətəndaşları narahat edən sahələrə daha çox diqqət ayırmağa çalışır. Vətəndaşları narahat edən problemlərə yönəlmiş layihələrə maliyyə ayırmaqla cəmiyyətin və dövlətin inkişafına dəstək vermiş olur. Bu istiqamətdə fəaliyyət göstərən QHT-lərə daim dəstək olacaq.
Sonda tədbir iştirakçıları ilə çay süfrəsi arxasında müzakirələri davam etdirməklə  tədbiri yekunlaşdırdılar.

 

Əvvəlki“Erkən Nikah və Çarəsizlik” mövzusunda növbəti təlim keçirilib- IV təlim
NövbətiAprel döyüşlərinin ildönümünə həsr olunmuş “4 gündən 44 günə” bədii kompozisiyası təqdim olunub