“İctimai İştirakçılığın Dəstəklənməsi” İctimai Birliyi Avropa İttifaqına qarşı etiraz bəyanatı vermişdir

“İctimai İştirakçılığın Dəstəklənməsi” İctimai Birliyi Avropa İttifaqına qarşı etiraz bəyanatı vermişdir. Türk.az bəyanatının mətnini olduğu kimi dərc edir.

“Bu günlərdə Ermənistan parlamenti Azərbaycanla sərhəddə yerləşdirilmiş Avropa İttifaqı (Aİ) missiyasının statusuna dair razılaşmanı ratifikasiya edib. Həmçinin say tərkibini 138-dən 209 nəfər çatdırıb. Bildiymiz kimi, Aİ Fransanın əlində çomaq rolu oynayır.  Fransa indi bu çomaqla Qafqaza gələnin altında nökər olmağa alışmış ermənilərin əli ilə özünə yer eləməyə çalışır. Bununla yanaşı ABŞ də  Fransa ilə birlikdə erməniləri istifadə etməyə qərar verib. Təhlükəsizlik təminatı adı altında Ermənistanın dəstəklənməsi,  silahlandırılması və ondan dağıdıcı vasitə kimi istifadə olunması Cənubi Qafqazda sülhü, sabitliyi mümkünsüz edir. Atılan bütün bu addımlar ilk növbədə Azərbaycan dövlətinə təhdid yaradır. Bu projedə Fransa və ABŞ-nin İranla, Rusiya ilə də əməkdaşlıq edəcəyi istisna deyil. Söhbət türk millətindən gedirsə, ona qarşı düşmən olan güclər rahatlıqla bir cəbhədə birləşə bilir. Nəzərə alsaq ki, Aİ bir xristian birliyidir, mövcud prosesləri müasir səlib yürüşünə bənzətmək olar. Bu yürüşə qoşulanlar anlamalıdırlar ki, yenə əvvəlki səlib yürüşlərindəki acı sonluqla qarşılaşacaqlar. Çünki regionda sabitliyin,təhlükəsizliyin qarantı ancaq Türkiyə və Azərbaycan ola bilər. Başqa dövlətlərin, güclərin bu regiona müdaxiləsi  ermənilərin quduzlaşmasına və yenidən Qafqazı ağalarının əmiri ilə qan çanağına  çevrilməsinə səbəb olacaq.  İctimai Birlik olaraq bu prosesi şiddətlə qınayırıq.”

“İctimai İştirakçılığın Dəstəklənməsi” İctimai Birliyi

“İctimai İştirakçılığın Dəstəklənməsi” İctimai Birliyi

ƏvvəlkiDeputat: Avropa İttifaqının “mülki missiyası”nın fəaliyyəti qərəzlidir
NövbətiFLNKS-in Konqresində Azərbaycanın fransız müstəmləkəçiliyinə qarşı mübarizədə dəstəyi vurğulanıb