İstanbulda gəmi batıb

Türkiyənin İstanbul şəhərinin Fatih rayonunda Yenikapı sahilində tur gəmisi batıb.

“Report” “Haber Global”a istinadən xəbər verir ki, gəmidə olan 3 nəfər öz imkanları ilə sahilə çıxa bilib.

Yenikapıda lövbər salan tur gəmisi naməlum səbəbdən batıb.

Bir hissəsi batmış gəminin hələ də eyni vəziyyətdə suda olduğu bildirilir.

ƏvvəlkiMetyu Miller: “ABŞ Azərbaycanla Ermənistan arasında sülh üçün kömək öhdəliyi götürür”
NövbətiFransada AzTV-nin əməkdaşlarına hücum olub