Türkiyə və Ukrayna prezidentləri İstanbulda görüşüblər

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə rəsmi səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüş Türkiyə Prezidenti Administrasiyasının İstanbuldakı Dolmabahçe ofisində baş tutub.

Media üçün bağlı keçirilən görüşdə Ukrayna ilə Rusiya arasında davam edən qarşıdurmanın gedişatı, Taxıl Dəhlizi Sazişinin davam etdirilməsi ilə bağlı son vəziyyət və bölgədə daimi sülh barədə ətraflı müzakirələrin aparılması gözlənilir.

Xatırladaq ki, Ukrayna Prezidenti son dəfə ötən il iyulun 7-də Türkiyəyə səfər edib.

ƏvvəlkiAzərbaycan-Türkiyə Xarici İşlər nazirlikləri arasında növbəti məsləhətləşmələr aparılıb
NövbətiTürkiyənin xarici işlər naziri ABŞ-da rəsmi səfərdədir