İstanbulda Xocalı soyqırımına həsr olunmuş konfrans təşkil edilib

Azərbaycanın İstanbuldakı baş konsulluğu Xocalı soyqırımına həsr olunmuş konfrans təşkil edib.

“Report” xəbər verir ki, Türkiyənin “Haber Global” telekanalı tədbir barədə reportaj hazırlayıb.

Faciənin 32-ci ildönümündə təşkil olunan mərasimdə çıxış edənlər 1992-ci ildə Xocalıda baş verənləri ötən əsrin ən qanlı hadisələrindən biri adlandırıblar.

Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva bildirib ki, Xocalı hadisələrinin 17 ölkənin müvafiq orqanları tərəfindən soyqırım olaraq tanınmasına baxmayaraq onun baiskarları hələ də cəzalandırılmayıblar.

Tədbirdə vurğulanıb ki, Türkiyə-Azərbaycan əməkdaşlığı soyqırımı günahkarlarının yaxalanması və ədalət mühakiməsinə verilməsi üçün mühüm əhəmiyyət kəsb edir.

ƏvvəlkiƏli bəy Hüseynzadənin 160 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib
NövbətiXX əsrin ən dəhşətli cinayətlərindən biri – Xocalı soyqırımından 32 il ötür