“InMerge Innovation Summit”: Süni intellekt və innovasiya potensialları kəşf olunur

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) əsas tərəfdaşlığı ilə keçirilən “InMerge Innovation Summit” çərçivəsində ardıcıl vörkşoplar keçirilib.

AZƏRTAC xəbər verir ki, İRİA-nın məsləhətçisi Ağahüseyn Əhmədovun moderatorluğu ilə “Süni intellekt” və “İnnovasiyanın əsasları” mövzusunda 2 vörkşop baş tutub.

Çıxışçılar arasında “Veox.ai”nin təsisçisi Jepson Taylor və “Keeley Innovations”ın həmtəsisçisi Larry Keeley yer alıb. Vörkşopda süni intellektin idarə edilməsi prinsiplərini və innovasiyaların strateji tətbiqini əhatə edən, strukturlaşdırılmış yanaşma və metodologiyaları aydınlaşdıran mühüm mövzular araşdırılıb.

Əvvəlki13-cü Ümumdünya Şəhərsalma Forumu 2026-cı ildə Bakıda keçiriləcək
NövbətiVyana Universitetində Azərbaycan aşıq yaradıcılığına dair interaktiv seminar keçirilib