Bakı Forumunda növbəti panel iclası: Süni intellekt, dronlar və kibersilahlar dövründə yeni təhlükəsizlik nümunələri

Martın 16-da XI Qlobal Bakı Forumu çərçivəsində keçirilən növbəti – 10-cu panel iclası “Süni intellekt, dronlar və kiber silahlar dövründə yeni təhlükəsizlik nümunələri” mövzusuna həsr olunub.

AZƏRTAC xəbər verir ki, panel iclasına Federal Rabitə Komissiyasının sabiq komissarı Susan Ness moderatorluq edir.

Qeyd edək ki, XI Qlobal Bakı Forumuna bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Forumda 70-dən artıq ölkədən 350-dən çox qonaq iştirak edir.

ƏvvəlkiBelqorod atəş altında: ölənlər və yaralananlar var
NövbətiXİN başçısı: Ermənistanın mina xəritələrini verməkdən imtinası vətəndaşlarımızın həyatına təhdiddir