“Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023”ün açılışında süni intellekt sənətçisi təqdim edilib

“Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023” ilinin rəsmi açılış mərasimində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə gerçəkləşən tədbirdə ilk dəfə olaraq süni intellekt sənətçisi də təqdim edilib.

Bu barədə “Report”a Mədəniyyət Nazirliyindən bildirilib.

Süni intellekt sənətçisi mərasimdə Azərbaycanın qədim söz-sənət beşiyinin tarixi, görkəmli şəxsiyyətləri haqqında məlumat verib.

Xatırladaq ki, “Mezo” rəqəmsal incəsənət qrupunun ilk süni intellektli rəssamı II İstanbul Rəqəmsal İncəsənət Festivalında (2022) təqdim edilib.

ƏvvəlkiTürkiyədə seçki qutularının 99 faizi açılıb
NövbətiAzərbaycan Prezidenti Ulu Öndərin xatirəsinə göstərilən ehtirama görə Özbəkistan Ali Məclisi Senatının sədrinə təşəkkürünü bildirib