Gənclərdə və yeniyetmələrdə milli şüuru formalaşdırmaq və oxu mədəniyyətini inkişaf etdirmək üçün təlim keçirildi

Bu gün ( 12.03.22) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Azad Müəllimlər İctimai Birliyinin həyata keçirdiyi “Gənclər və yeniyetmələr arasında oxu mədəniyyətinin aşılanması və stimullaşdırılması ilə bağlı tədbirlərin təşkili” layihəsi çərçivəsində birinci təlim keçrildi.

Tədbir Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyində yerləşən 33 saylı tam orta məktəbdə baş tutdu. Tədbir iştirakçılarını salamlayan Azad Müəllimlər İctimai Birliyinin sədri, layihənin rəhbəri Pərvanə Talıbova layihə haqqında ümumi məlumat verdikdən sonra sözü layihənin təlimçisi Nüşabə Mehtiyevaya verdi. Ekspert tərəfindən diaqnostik qiymətləndirmə və tanışlıq xarakterli sorğu keçirildi, oxunun tarixi haqqında məlumat verildi. Sonra ziqzaq üsulundan istifadə edərək uşaqlar arasında əməkdaşlıq və səmərəli oxu mühiti yaradıldı. Oxunun əhəmiyyətindən bəhs edən filmdən fraqmentlər göstərildi.

ƏvvəlkiMartın 11-də Azərbaycanda koronavirus əleyhinə 22 min 315 vaksin vurulub
NövbətiBakı-İstanbul reysi ləğv edilib