Bakı-İstanbul reysi ləğv edilib

Türkiyədə əlverişsiz hava şəraiti ilə əlaqədar AZAL-ın martın 12-si üçün nəzərdə tutulmuş Bakı-İstanbul (J2-077/J2-078) reysi ləğv edilib.

AZAL-dan AZƏRTAC-a bildirilib ki, ləğv edilmiş reysin sərnişinləri martın 13-də J2-075/J2-076 reysi ilə İstanbula yola düşəcəklər.

Uçuşun yerinə yetirilməsi üçün geniş gövdəli uzun məsafəli “Airbus 340” təyyarəsindən istifadə ediləcək.

ƏvvəlkiGənclərdə və yeniyetmələrdə milli şüuru formalaşdırmaq və oxu mədəniyyətini inkişaf etdirmək üçün təlim keçirildi
Növbəti“Doğma Yurda Qayıdış” İctimai Birliyinin sədri Ağdamda hazırlıq səfərində olub