Gəncədə küçə itləri yaşlı qadına xəsarətlər yetirib

Gəncədə 71 yaşlı qadın bazar ərazisində küçə itlərinin hücumuna məruz qalıb.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində yerləşən yarmarka ərazisində qeydə alınıb.

Belə ki, bir neçə küçə itinin hücumuna məruz qalan Gəncə şəhər sakini, 1952-ci il təvəllüdlü Xəlilova Sədaqət Həsən qızı itlərin dişləməsi ilə müxtəlif bədən xəsarətləri alıb.

Zərərçəkmiş xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

ƏvvəlkiAllahşükür Paşazadəyə yeni müavin təyin olunub
NövbətiPrezident İlham Əliyev Özbəkistanın Baş nazirini qəbul edib