Allahşükür Paşazadəyə yeni müavin təyin olunub

Qafqaz Müsəlmanları İdarəsi sədrinə yeni müavin təyin olunub.

“Report”un əldə etdiyi məlumata görə, bu vəzifəyə Bəxtiyar Nəcəfov təyinat alıb.

Bununla da Şeyxülislam Allahşükür Paşazadənin müavinlərinin sayı 6-ya çatıb.

B.Nəcəfov bundan əvvəl müxtəlif məscidlərdə imam kimi çalışıb.

Hazırda sədrin I müavini Salman Musayev, müavinləri isə Sabir Həsənli, Fuad Nurullayev, Qəmər Cavadlı və Rəşad Əliyarlıdır.

ƏvvəlkiAzərbaycan və Özbəkistan arasında 3 sənəd imzalanıb
NövbətiGəncədə küçə itləri yaşlı qadına xəsarətlər yetirib