Azərbaycanda Qurban bayramı namazının vaxtı açıqlanıb

Azərbaycanda Qurban bayramı namazının vaxtı açıqlanıb.

“Report” xəbər verir ki, bayram namazı avqustun 12-si saat 08:00-da Bakının Əjdərbəy məscidində, saat 09:00-da isə Təzəpir məscidində qılınacaq.

Eyni zamanda, Azərbaycanın bütün məscidlərində bayram namazı qılınacaq.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin bayram namazını Təzəpir məscidində qılacağı gözlənilir.

Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar Azərbaycanda avqustun 12-si və 13-ü qeyri-iş günüdür.

ƏvvəlkiCəbrayıl rayon Məcburi Köçkün Qəsəbələrində sakinlərə “Zorakılığa yox deyək- ailəmizi qoruyaq” mövzusunda növbəti təlim keçirilib
NövbətiAvropa İttifaqı ABŞ-ın Venesuelaya qarşı sanksiyalarını dəstəkləməyəcək