Fransa Ukraynanın NATO-ya qəbulu ilə bağlı mövqeyini dəyişib

Rəsmi Paris Ukraynanın NATO-ya daxil olması ilə bağlı mövqeyini dəyişib və indi bu imkanı Kiyevin təhlükəsizliyinin müstəqil təminatı kimi qiymətləndirir.

“Report” xəbər verir ki, bu barədə “Le Monde” qəzeti hökumətdəki mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Müdafiə Şurasının Yelisey sarayında keçirilən iclasında Ukraynanın Şimali Atlantika Müqaviləsi Təşkilatına daxil olmasına razılıq verilməsi müzakirə olunub.

“Bu perspektivin işarəsi Ukrayna prezidenti Volodimir Zelenskini əks-hücumun nəticəsindən asılı olaraq uyğun gördüyü vaxt danışıqlara başlamağa inandıra bilər”- xəbərdə vurğulanıb.

ƏvvəlkiMühəndis Qoşunlarının fəaliyyəti haqqında məlumat
NövbətiBakı-Naxçıvan reysinin təyyarəsi tufanla əlaqədar eniş edə bilməyib