Azərbaycan gimnastları Qran-Pri yarışında qızıl medal qazanıblar

Azərbaycan bədii gimnastları Fransanın Tiye şəhərində keçirilən 35-ci beynəlxalq Qran-Pri yarışında qızıl medal qazanıblar.

AZƏRTAC xəbər verir ki, qrup hərəkətləri üzrə millinin üzvləri Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətova fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Onlar 5 halqa ilə hərəkətlərin icrasında buna nail olublar.

ƏvvəlkiƏrdoğan xalqın iradəsini qorumaq üçün partiya üzvlərinə çağırış edib
NövbətiTürkiyə və Rusiya XİN başçıları regional məsələləri müzakirə edib