Fevralın 9-da Azərbaycanda COVID-19 əleyhinə 251 doza vaksin vurulub

Fevralın 9-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 251 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 70, ikinci doza vaksinlərin sayı 97, üç və daha çox doza vaksinlərin sayı 71, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 13-dür.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 944 min 727, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 402 min 943, ikinci mərhələ üzrə 4 milyon 877 min 655, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 398 min 756, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 265 min 373-dür.

ƏvvəlkiAzərbaycanın xarici işlər naziri ABŞ Dövlət katibinin köməkçisi ilə telefonla danışıb
NövbətiSon 5 il ildə indeksləşdirmə nəticəsində pensiyaların sığorta hissəsi 70 faiz artıb