Ermənistanda ticarət mərkəzindəki partlayışda xəsarət alanların sayı artıb

Ermənistanın paytaxtı İrəvanın “Surmalu” ticarət mərkəzində baş verən partlayış zamanı bir nəfər ölüb, xəsarət alanların sayı 57 nəfərə çatıb.

“Report” yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, yaralanan 36 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin isə qənaətbəxşdir.

Qeyd edək ki, hadisə yerli vaxtla saat 13:23-də qeydə alınıb. Partlayışdan sonra ticarət mərkəzində yanğın olub.

Dağıntılar altında xeyli insan qalıb. Partlayış zamanı ərazidəki mağazalara və avtomobillərə də ciddi ziyan dəyib. Əraziyə təcili tibbi yardım, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

ƏvvəlkiBu gün Azərbaycanda COVID-19 əleyhinə 1409 doza vaksin vurulub
NövbətiAzərbaycan Premyer Liqası: “Neftçi” “Kəpəz”i məğlub edib