BQXC-nin müşayiəti ilə Xankəndidən gedən erməni Ermənistanda həbs edilib

Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin (BQXC) müşayiəti ilə Azərbaycanın Xankəndi şəhərindən Ermənistana aparılan Sarkis Qalstyanı və həyat yoldaşını Gorusda saxlayıblar.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti bildirib.

Məlumata görə, bu il martın 29-da onlar BQXC-nin müşayiəti ilə Ermənistana gediblər.

Bildirilib ki, martın 30-da Sarkis Qalstyana qarşı “casusluq” ittihamı ilə cinayət işi başlanıb.

O, işğal dövründə Şuşada otellərdən birinin direktoru olub.

ƏvvəlkiDaha 4 mikro sahibkara “Startap” şəhadətnaməsi verilib
NövbətiNaxçıvan Penitensiar Xidmətinin sabiq rəisinə 10 il həbs cəzası verilib