Ermənistan silahlı qüvvələri zərbə PUA-sı tətbiq edib, daha iki hərbçimiz yaralanıb

Sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, nəticədə daha iki hərbi qulluqçumuz yaralanıb.

Hazırda qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən qətiyyətli cavab tədbirləri görülür.

Əvvəlki“Gender Bərabərliyi” İctimai Birliyi Biləsuvar rayonunda erkən nikahla mübarizə sahəsində tədbir həyata keçirmişdir
NövbətiAzərbaycan AİİB-in dəstəyi ilə həyata keçirilən layihələri müzakirə edib