Azərbaycanın müdafiə naziri İordaniya Kralı ilə görüşüb

İordaniya Haşimilər Krallığında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov İordaniya Kralı Əlahəzrət II Abdullah ibn Al Hüseyn ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin salamlarını və Kral II Abdullaha ünvanlanmış ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət məktubunu qarşı tərəfə çatdırıb.

Görüşdə İordaniya ilə bir çox sahələrdə olduğu kimi hərbi sahədə də əməkdaşlığın vacibliyi vurğulanıb.

ƏvvəlkiZakir Həsənovun İordaniyaya rəsmi səfəri davam edir
NövbətiŞuşada “Ürək-damar cərrahlarının Şuşa zirvəsi” adlı elmi toplantı keçirilib