Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib

Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Əmrahov İmran Rahim oğlu tibb müəssisəsində kəskin ürək-damar tənəffüs çatışmazlığından vəfat edib.

Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət etsin!

ƏvvəlkiDaha bir Azərbaycan güləşçisi “Paris-2024”də mübarizə aparacaq
NövbətiAzərbaycan gimnastı Avropa çempionatında gümüş medal qazanıb