Daha bir Azərbaycan güləşçisi “Paris-2024”də mübarizə aparacaq

Aprelin 7-də Avropa Olimpiya Təsnifat turnirində daha bir Azərbaycan güləşçisi “Paris-2024”ə vəsiqə qazanıb.

AZƏRTAC xəbər verir ki, 125 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycanın sərbəst güləşçisi Georgi Meşvildişvili yarımfinalda bolqarıstanlı Alen Xubulovu 7:0 hesabı ilə məğlubiyyətə uğradaraq bu uğura imza atıb.

Xatırladaq ki, daha əvvəl bu turnirdə mübarizə aparan sərbəst güləşçilər Osman Nurmaqomedov (86 kiloqram),Turan Bayramov (74 kiloqram), Hacı Əliyev (65 kiloqram) və Əliabbas Rzazadə (57 kiloqram), həmçinin Maqomedxan Maqomedov (97 kiloqram) Olimpiadaya lisenziya əldə ediblər.

Əvvəlki“Ağıllı” saat aşkar olunan şagirdlər imtahandan xaric edilib
NövbətiAzərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib