“Ağıllı” saat aşkar olunan şagirdlər imtahandan xaric edilib

Xəbər verildiyi kimi, Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.

AZƏRTAC DİM-ə istinadla xəbər verir ki, 3 nəfərdə mobil telefon, 2 nəfərdə isə “ağıllı” saat aşkarlandığı üçün imtahandan xaric edilib və araşdırma aparılır.

Bundan əlavə, bir nəfərdə yoluxucu xəstəlik – suçiçəyi müşahidə olunduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin rəyinə əsasən imtahana buraxılmayıb.

ƏvvəlkiMEDİA-nın dəstəyi ilə “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu “COP29 silsilə mühazirələri”nə başlayıb
NövbətiDaha bir Azərbaycan güləşçisi “Paris-2024”də mübarizə aparacaq