“AzerGold” istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı Fond Birjasında “AzerGold” QSC-nin AZ2002019878 dövlət qeydiyyat nömrəli, 10.000.000,00 ABŞ dolları həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.

Bakı Fond Birjasından “APA-Economics”ə verilən məlumata görə, hərrac zamanı 37 investor tərəfindən qiymət intervalı 100.0000 (4.00%) və 103.4239 (3.00%) olan 46 sifariş təqdim edilib. Emitentin qərarına əsasən istiqrazların kəsmə qiyməti 102.0681 (3.50%), orta ölçülmüş qiyməti 102.4759 (3.35%) müəyyən edilib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 18,443,000.00 ABŞ dolları təşkil edib. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 10,000,000.00 dollar təşkil edib.

ƏvvəlkiGəncə Şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edildi
NövbətiCari ildə dəmir yolu ilə 5,9 milyon ton yük daşınıb