Əmlak Məsələləri Dövlət Xidməti növbəti özəlləşdirmə hərraclarını elan edib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti avqustun 15-də, 22-də və 29-da növbəti dəfə özəlləşdirmə hərracları keçirəcək.

“Report” bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, avqustun 15-də təşkil olunacaq hərraca 15 kiçik dövlət müəssisəsi və obyekti, 43 avtomobil çıxarılacaq. Özəlləşdirilməyə çıxarılan dövlət əmlakları arasında yardımçı təsərrüfat, iaşə obyektləri, yeraltı dayanacaq və avtomobillər var.

Avqustun 22-də keçiriləcək hərraca 12 nəqliyyat vasitəsi satışa çıxarılacaq. Avtomobillərin istehsal tarixi 1991-2011-ci illər arasında dəyişir.

Avqustun 29-da təşkil olunacaq hərracda isə 7 səhmdar cəmiyyətin səhm paketinin, 7 kiçik dövlət müəssisəsi və obyektinin, həmçinin 31 nəqliyyat vasitəsinin özəlləşdirilməsi imkanı yaradılacaq. Hərraca çıxarılan səhmdar cəmiyyətləri sənaye sahəsinə aiddir. Bu səhmdar cəmiyyətlərin səhm paketi nizamnamə kapitalının 30%-ni təşkil edir.

Hərraca çıxarılan əmlakların tam siyahısı ilə https://emlak.gov.az/ linki vasitəsilə tanış olmaq olar.

ƏvvəlkiMilli Məclis müsadirə edilmiş, hərracda satılmamış əmlakın vergiyə cəlb edilməsi qaydalarını müəyyənləşdirəcək
NövbətiNaxçıvanda keçiriləcək festival istilərə görə təxirə salınıb